Bolqarıstan qırıcıları Ermənistana məxsus təyyarəni müşayiət edib 

Falcon 8X

© APA | Falcon 8X

# 26 aprel 2022 22:31 (UTC +04:00)

Bolqarıstan qırıcıları Rumıniyadan Türkiyəyə uçan Ermənistana məxsus təyyarəyə kömək edib.

APA-nın xəbərinə görə, bu barədə Bolqarıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, “Falcon 8X” təyyarəsi Bolqarıstanın hava məkanında olarkən təyyarə idarəetmə mərkəzi ilə rabitə itib. Beynəlxalq qanunvericiliyə uyğun olaraq qırıcılar havaya qalxaraq rabitə bərpa olunanadək təyyarəni müşayiət edib.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR