Boris Conson siyasətdən getməyi düşünmür

Boris Conson

© APA | Boris Conson

# 01 dekabr 2022 19:32 (UTC +04:00)

Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson növbəti ümumi seçkilərdə deputat seçilmək üçün yenidən namizədliyini irəli sürəcək.

APA-nın Britaniya bürosu xəbər verir ki, bu barədə məlumatı keçmiş Baş nazirə yaxın mənbə təsdiqləyib.

Bildirilib ki, Conson 2024-cü ildə keçirilməsi gözlənilən növbəti seçkilərdə Uxbridge və South Ruislip seçki dairəsindən yenidən seçilmək üçün namizəd olacaq.

O, 2015-ci ildən Qərbi Londondakı seçki dairəsinin deputatıdır. 2017-ci ildə 5034, 2019-cu ildə isə 7210 səs çoxluğu ilə Boris Conson rəqiblərini məğlub edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR