Bosniya və Herseqovina Türkiyəyə maliyyə yardımı ayırıb

Bosniya və Herseqovina Türkiyəyə maliyyə yardımı ayırıb
# 08 fevral 2023 16:59 (UTC +04:00)

Bosniya və Herseqovina Türkiyəyə maliyyə yardımı ayırıb.

APA "n1info.ba"ya istinadən xəbər verir ki, müvafiq qərar Bosniya və Herseqovinanın Nazirlər Şurasının növbədənkənar iclasında qəbul edilib.

"Türkiyənin cənub-şərqində baş vermiş dağıdıcı zəlzələnin vurduğu zərərin aradan qaldırılmasında Türkiyə Respublikasına kömək məqsədilə cari büdcə ehtiyatından 100000000 KM-nin (10 milyon TL) təsdiq edilməsi haqqında qərar qəbul edilib.

Qərar qəbul edildiyi gündən qüvvəyə minir", - Nazirlər Şurasının yaydığı məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR