Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
# 19 may 2023 10:41 (UTC +04:00)

Böyük Britaniya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

APA xəbər verir ki, bu barədə məlumatı Britaniya Krallığının hökuməti rəsmi internet saytında dərc edib.

Məlumatda qeyd olunur ki, Britaniya Rusiyaya məxsus 86 fiziki şəxs və şirkətə qarşı sanksiya tətbiq edib.

Onların sırasında “Rusiya Mis Şirkəti”nin Direktorlar Şurasının sədri İqor Altuşkin, Metallurgiya İnvestisiya Bankı və metal istehsalı ilə bağlı səkkiz Rusiya şirkəti yer alır.

Həmçinin əlavə olunub ki, Britaniya hökuməti “Kalaşnikov” konserni də daxil olmaqla, Rusiyaya aid 20 müdafiə sənayesi müəssisəsinin və şirkətinin rəhbərinə qarşı sanksiya tətbiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR