Britaniya Ukraynanı gəmi əleyhinə raketlərlə təmin edə bilər

Britaniyanın müdafiə naziri Ben Uolles

© APA | Britaniyanın müdafiə naziri Ben Uolles

# 28 aprel 2022 11:52 (UTC +04:00)

Böyük Britaniya Ukraynaya Qara dənizdə Rusiya Hərbi Dəniz Qüvvələrinə zərbə vuracaq silahlar verə bilər.

APA "Sky News"a istinadən xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

“Biz bəyan etmişik ki, əgər bacarsaq, gəmi əleyhinə raketlər əldə edəcəyik və onu tədarük edəcəyik. Hamımıza, qlobal ərzaq qiymətlərinə təsir edən taxılın Ukraynadan ixrac edilməsi çox vacibdir”, - nazir əlavə edib.

Müdafiə naziri qeyd edib ki, Ukrayna şəhərlərini bombalamaq üçün Rusiyanın hərbi gəmilərdən istifadə etməməsinə əmin olmaq vacibdir.

Britaniyalı nazir vurğulayıb ki, beynəlxalq ictimaiyyət Rusiyanın Ukraynanı tərk etməli olduğuna inanır: “Beynəlxalq ictimaiyyət 2014-cü ildə Krımı işğal etdiyinə görə Rusiyanı qınadı. Onun Donetski işğal etməsini pislədi. Rusiya Ukraynanın suveren ərazisini tərk etməlidir. Bizim mövqeyimiz dəyişməyib. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və bura Krım da daxildir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR