Britaniyada ilk dəfə olaraq 40° C-dən yuxarı temperatur qeydə alınıb.
APA-nın Britaniya bürosunun xəbərinə görə, bu gün günorta saatlarında Londonda havanın temperaturu 40,2° C olub.
Bundan əvvəlki rekord 2019-cu ilin iyulunda Kembricdə, 38,7° dərəcə qeydə alınıb.
Sinoptiklər bildirib ki, bu, müvəqqəti rekorddur və temperatur hələ də yüksəlir. Onlar temperaturun 42° dərəcəyə çata biləcəyini vurğulayıblar. Bu da insanların sağlamlığına ciddi təsir göstərə bilər.
Qatar yolları və ictimai nəqliyyatdan lazım olmadığı müddətcə istifadə etməmək məsləhət görülüb.