Çavuşoğlu ilə Lavrov Qazaxıstan və Cənubi Qafqazı müzakirə edib

Lavrov, Çavuşoğlu

© APA | Lavrov, Çavuşoğlu

# 06 yanvar 2022 13:47 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Türkiyə və Rusiya XİN rəhbərləri ikitərəfli əlaqələri müzakirə ediblər.

Tərəflər eyni zamanda, NATO-Rusiya Şurası iclası, Qazaxıstan, Bosniya və Herseqovina və Cənubi Qafqazdakı aktual proseslər barədə fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR