Çavuşoğlu: “Türkiyə Rusiya-Ukrayna müharibəsinin təsirlərini dərindən hiss edir”

Çavuşoğlu: “Türkiyə Rusiya-Ukrayna müharibəsinin təsirlərini dərindən hiss edir”
# 08 avqust 2022 12:27 (UTC +04:00)

“Türkiyə Qaradənizdə iki əsas qonşusu olan –Rusiya və Ukrayna arasında gedən müharibənin bütün təsirlərini dərindən hiss edir”.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, qısa vaxtda Ukrayna və Rusiya müharibəsindən qaynaqlanan böhranların həll yolu tapılmalıdır: “Hədəfimiz müharibənin ən qısa zamanda Ukraynanın ərazi bütövlüyü və təhlükəsizliyini təmin edəcək ədalətli sülhlə sona çatdırılmasıdır. Buna görə də müharibənin ilk günündən Ukraynaya və beynəlxalq səylərə güclü dəstəklər verdik. Ukrayna ilə Rusiyada arasındakı danışıqların asanlaşdırılması üçün Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə aktiv siyasət həyata keçirdik. Qaradənizdə hərbi aktivliyin qarşısını Türkiyə almış oldu”.

Çavuşoğlu qida təhlükəsizliyinin həlli ilə bağlı əldə edilən nəticədə də Türkiyənin önəmini vurğulayıb.

“Qaradəniz ortaq evimizdir. Bu haqsız və hüquqsuz savaş bir gün sona çatacaq”, - o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR