Çexiyanın Ukraynadakı səfirliyi işini bərpa edib

Çexiyanın Ukraynadakı səfirliyi işini bərpa edib
# 27 may 2022 02:25 (UTC +04:00)

Çexiyanın Ukraynadakı səfirliyi işini bərpa edib.

APA xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyi öz saytında məlumat yayıb.

Məlumata görə, səfir Radek Matula mayın 25-də Kiyevə qayıdıb.

Hazırda şəhərdəki diplomatik nümayəndəlikdə beş diplomat çalışır.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Çexiya Ukraynaya hərtərəfli yardım göstərməyə davam edəcək.

Qeyd edək ki, fəaliyyətini fevralın 24-dən dayandıran səfirlik aprelin 13-də işini qismən bərpa etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR