Dövlətə xəyanətdə şübhəli bilinən ukraynalı bloger İspaniyada saxlanılıb

Anatoli Şariy

© APA | Anatoli Şariy

# 05 may 2022 12:24 (UTC +04:00)

Ukraynada dövlətə xəyanətdə şübhəli bilinən rusiyapərəst bloger Anatoli Şariy İspaniyada saxlanılıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin "Facebook" səhifəsində məlumat verilib.

"Anatoli Şariy 2022-ci il mayın 4-də İspaniyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb”, - məlumatda deyilir.

Bloger Ukrayna Cinayət Məcəlləsinin 111-ci (dövlətə xəyanət) və 161-ci maddələri ilə (irqindən, milli mənsubiyyətindən, dini etiqadından, sağlamlığından və digər əsaslardan asılı olaraq vətəndaşların bərabər hüquqlarının pozulması) ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR