Dünya Bankı və USAİD Ukraynaya 1.7 milyard dollar yardım ayırıb

Ukrayna Baş naziri Denis Şmiqal

© APA | Ukrayna Baş naziri Denis Şmiqal

# 12 iyul 2022 11:31 (UTC +04:00)

Dünya Bankının Trast Fondu və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Ukrayna büdcəsinə 1.7 milyard dollar qrant yardımı ayırıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmiqal "Twitter"də bildirib.

"Bu, ABŞ-ın son iki həftədə verdiyi ikinci qrantdır, yardımın ümumi məbləği 3 milyard dollardır. İnanılmaz dəstəyə görə ABŞ Prezidenti Co Baydenə minnətdarıq", - Ukrayna Baş naziri qeyd edib.

Qrant yardımı geri qaytarılmayan əsaslarla Ukraynanın dövlət büdcəsinə daxil edilir, vəsait tibbi zəmanət proqramı çərçivəsində ölkədə tibbi xidmətlərin ödənilməsi üçün dövlət büdcəsinin xərclərinin həyata keçirilməsinə yönəldiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR