Ərdoğan: “Zarafat etmirəm, Yunanıstanı adaları silahlandırmaqdan çəkinməyə çağırıram”

Ərdoğan: “Zarafat etmirəm, Yunanıstanı adaları silahlandırmaqdan çəkinməyə çağırıram”
# 09 iyun 2022 14:13 (UTC +04:00)

Yunanıstanı Egey dənizindəki adaları silahlandırmaqdan əl çəkməyə və beynəlxalq razılaşmalara əməl etməyə dəvət edirəm.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” beynəlxalq təlimlər çərçivəsində çıxışı zaman deyib.

O qeyd edib ki, Yunanıstanın bu adaları silahlandırması və üçüncü ölkələrin bundan istifadə etməsi fəlakətlə nəticələnə bilər.

“Zarafat etmirəm, ciddiyəm. Millətimiz qətiyyətlidir”, - Türkiyə lideri vurğulayıb.

Ərdoğan bildirib ki, Türkiyə heç kimin haqq və hüququnu tapdalamaz və eyni zamanda, öz haqlarının tapdanmasına imkan verməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR