Estoniya İsveç və Finlandiyanın NATO-ya üzvlük protokolunu təsdiqləyib

Estoniya İsveç və Finlandiyanın NATO-ya üzvlük protokolunu təsdiqləyib
# 06 iyul 2022 17:55 (UTC +04:00)

Estoniya parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qərarı ratifikasiya edib.

APA xəbər verir ki, bu barədə Estoniya Baş naziri Kaya Kallas "Twitter"də bildirib.

“Finlandiya və İsveç, NATO masasına xoş gəlmişsiniz!

Estoniya parlamentinin Finlandiya və İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsi kimi tarixi anı yaşadıq.

Estoniya müqaviləni ilk imzalayanlardan biridir və bunu ildırım sürəti ilə etdi.

Mən bütün müttəfiqlərdən sürətli prosesi görəcəyimə ümid edirəm”, - Baş nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR