Estoniya sovet hərbi abidələrinin sökülməsinə 900 min avrodan çox vəsait ayırıb

Estoniya sovet hərbi abidələrinin sökülməsinə 900 min avrodan çox vəsait ayırıb
# 06 yanvar 2023 16:57 (UTC +04:00)

Estoniya hökuməti sovet hərbi abidələrinin sökülməsi üçün 900 min avrodan çox vəsait ayırıb.

APA ERR-ə istinadən xəbər verir ki, bu barədə hökumət kabinetinin sözçüsü Yevgeniya Vara bildirib.

Onun sözlərinə görə, hökumət “sovet hərbi abidələrinin ictimai məkandan köçürülməsi” ilə bağlı fəaliyyətlər üçün Müdafiə Nazirliyinin tabeliyində olan qurumlara 916 405 avro ayırıb. Bu vəsait işçi qrupunun fəaliyyəti ilə bağlı məsrəflərə, neytral qəbir nişanının yaradılmasına, alt işçi qrupunun üzvlərinə ödənişə, işçi qrupunun və alt işçi qruplarının fəaliyyətinə texniki dəstəyin göstərilməsinə və Narvada aparılan söküntülərlə bağlı sonrakı təmir işlərinə sərf ediləcək.

"Dekabrın 22-də hökumət ictimai yerlərdə yerləşən məzar nişanlarının və işğalçı dövlətin rəmzləri olan memorialların götürülməsi ilə bağlı tədbirlər üçün Dövlət Departamentinə ehtiyat fondundan 60 min avro ayırıb", - o deyib.

2022-ci ilin noyabrında Estoniya hökuməti 244 sovet abidəsini sökmək və ya yerini dəyişdirmək qərarına gəlib. Ümumilikdə 322 abidənin xəritəsi çıxarılıb.

56 abidə artıq götürülüb. İşçi qrupu 74 abidəni neytral qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR