FETÖ ilə bağlılığı olan 2646 nəfər Türkiyə Müdafiə Nazirliyindən kənarlaşdırılıb

FETÖ ilə bağlılığı olan 2646 nəfər Türkiyə Müdafiə Nazirliyindən kənarlaşdırılıb
# 01 avqust 2022 13:03 (UTC +04:00)

Son bir il ərzində 2 min 646 FETÖ üzvü Türkiyə Milli Müdafiə Nazirliyi və onun strukturlarından kənarlaşdırılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar “Anadolu” agentliyinə müsahibəsində deyib.

O qeyd edib ki, 2016-cı il 15 iyul hadisələrindən bu günə qədər isə bu say 24 min 435 nəfərdir. Akarın sözlərinə görə, bu addımlar Türk Silahlı Qüvvələrini daha da gücləndirib: “Necə ki 2016-cı il 15 iyuldan həmən sonra “Fərat Qalxanı” əməliyyatlar silsiləmiz, təlimlərimiz, gərgin fəaliyyətlərimiz, Azərbaycan, Liviya nümunələri var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR