Fransa XİN başçısı: “Aİ-də Ukraynanın namizəd statusu alması ilə bağlı konsensus var”

Fransa XİN başçısı: “Aİ-də Ukraynanın namizəd statusu alması ilə bağlı konsensus var”
# 21 iyun 2022 18:51 (UTC +04:00)

Avropa İttifaqına üzv ölkələr Ukraynaya üzvlüyə namizədlik statusu verilməsi ilə bağlı vahid mövqeyə gəlib.

APA Eurointegration.com.ua-ya istinadən xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Klemen Bon mətbuat konfransında deyib.

Bon Ukraynaya 23-24 iyunda Brüsseldə keçiriləcək Avropa İttifaqı Sammitində üzvlüyə namizəd statusunun veriləcəyini bildirsə də, bunun Aİ-yə dərhal üzv olmaq anlamına gəlmədiyini və uzun yol tələb etdiyi əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR