Fransada polisin öldürdüyü əlcəzairli Zineb Reduanla bağlı petisiya başladılıb

Fransada polisin öldürdüyü əlcəzairli Zineb Reduanla bağlı petisiya başladılıb
# 15 noyabr 2022 12:55 (UTC +04:00)

Fransada 80 yaşlı Zineb Reduanın polis tərəfindən qətlə yetirilməsi ilə bağlı qalmaqal davam edir.

APA Amnesty İnternational təşkilatına istinadən xəbər verir ki, Əlcəzairdən Fransaya köçmüş Reduan 2018-ci ildə Marsel şəhərində polis tərəfindən gözyaşadırıcı qumbara ilə atəşə tutularaq həlak olmuşdu.

Zineb Reduan evinin qarşısında etiraz aksiyaları baş verən zaman evinin pəncərəsini bağlayan zaman qumbara atəşinə məruz qalıb.

Yaxınları faciəyə görə məsuliyyət daşıyan Fransa polisinin məsuliyyətə cəlb olunmasını tələb edir.

Bununla bağlı petisiya yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR