Fransanın şimal-qərbində meşələrə giriş qadağan edilib

Fransanın şimal-qərbində meşələrə giriş qadağan edilib
# 10 avqust 2022 23:07 (UTC +04:00)

Fransanın şimal-qərbindəki İl və Vilen departamentində meşələrə giriş qadağan edilib.

APA xəbər verir ki, polis prefekturası yanğın təhlükəsizliyinə görə 90 kommunada meşələrə girişi qadağan edib.

Qərar avqustun 13-dək qüvvədə olacaq. Meşəlik ərazilərə piyada və ya nəqliyyat vasitəsi ilə daxil olmaq, həmçinin bu ərazilərdən avtomobillə keçərkən dayanmaq qadağan edilir. Meşə təsərrüfatına aid işlərin görülməsi də məhdudlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR