G20-nin iclasından əvvəl Kuleba Blinken və Annalena Berbokla telefonla danışıb

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 06 iyul 2022 21:32 (UTC +04:00)

Ukrayna xarici işlər naziri Dmitri Kuleba və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Dmitri Kuleba “Twitter” səhifəsində bildirib.

“G20 nazirlərinin görüşündən əvvəl Blinken ilə danışığımız oldu. İkimiz də Rusiyanın təcavüzünü diqqət mərkəzində saxlayacağıq və Rusiyanın yalan yaymasına imkan verməyəcəyik. Mən ABŞ-ın bizə verdiyi hərbi yardıma görə minnətdaram. Biz ABŞ və digər tərəfdaşlardan ağır silahların tədarükünü sürətləndirmək üçün addımlarımızı koordinasiya edirik”, - deyə Kuleba bildirib.

Almaniya Xarici İşlər Nazirliyi də Annalena Berbok və Dmitri Kuleba arasında telefon danışığının baş tutduğunu bildirib.

“İndoneziyadakı görüşdə meydanı Rusiyaya buraxmayacağıq və Ukraynaya güclü dəstək verməyə davam edəcəyik”, - deyə Almaniya XİN bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR