Gürcüstan və Almaniya xarici işlər nazirləri görüşüb

Gürcüstan və Almaniya xarici işlər nazirləri görüşüb
# 24 mart 2023 12:06 (UTC +04:00)

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Tbilisidə səfərdə olan Almaniyanın xarici işlər naziri Analena Berbokla görüşüb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyində davam edən görüşdən sonra mətbuata birgə açıqlama veriləcək.

Qeyd edək ki, Analena Berbok artıq Gürcüstanın qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirib.

O, Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvili və Prezidenti Salome Zurabişvili ilə də görüşlər planlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR