Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin işğal altındakı Abxaziyaya səfər etməsini şiddətlə qınayıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, XİN-in bəyanatında Volodinin səfəri Moskva tərəfindən beynəlxalq hüququn fundamental prinsipləri və normalarının növbəti dəfə pozulması kimi qiymətləndirilib.
Bəyanatda həmçinin qeyd olunub ki, səfər Rusiyanın beynəlxalq öhdəliklərinə ziddir, həmçinin onun 2008-ci ilin 12 avqustunda Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşmasına məhəl qoymamasına dair daha bir faktdır.