Gürcüstanda Avropa kursunun dəstəklənməsi məqsədilə genişmiqyaslı aksiya keçirilir - FOTO

Gürcüstanda Avropa kursunun dəstəklənməsi məqsədilə genişmiqyaslı aksiya keçirilir - FOTO
# 20 iyun 2022 20:38 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə ölkənin Avropa kursunun dəstəklənməsi məqsədilə genişmiqyaslı aksiya keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, parlament binası qarşısında təşkil edilmiş aksiya “Vətən, Avropaya” şüarı ilə keçirilir.

Aksiya “Sirtsxvilia” (Utanc) hərəkatı tərəfindən təşkil edilsə də müxtəlif siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də ictimai fiqurlar da parlament binası qarşısına gəliblər.

İştirakçılar ölkə hakimiyyətindən Qərb qarşı siyasətinə və ritorikasına son verməsini tələb edirlər.

Aksiyada Rusiya əleyhinə və Ukraynanı dəstəkləyən şüarlar səsləndirilir.

Mitinq səbəbilə parlament binasının qarşısındakı Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Əraziyə çox sayda polis cəlb edilib.

Qeyd edək ki, iyunun 24-də Avropa İttifaqı Gürcüstanın namizəd statusu müraciəti ilə bağlı yekun qərar qəbul edəcək. Avropa Komissiyası Ukrayna və Moldovadan fərqli olaraq Gürcüstan üçün namizəd statusu deyil, Avropa perspektivi verilməsini təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR