Gürcüstanda Azərbaycandilli yeni məktəb binasının açılışı olub

Gürcüstanda Azərbaycandilli yeni məktəb binasının açılışı olub
  • Clock-gray 09:20
  • calendar-gray 16 Sentyabr 2019

Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblərdə yeni dərs ili başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki,  dərs ilinin ilk günündə  Marneuli rayonunda yerləşən 1 saylı ictimai məktəb binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.  Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Levan Xaratişvili, Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili,  Marneuli İcra başçısı Zaur Darğallı, millət vəkili Ruslan Hacıyev və yerli icma nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki,   yararsız vəziyyətdə olduğu üçün 2016-cı ildə sökülən köhnə məktəb binasının yerində yenisinin tikilməsi üçün büdcədən 1 milyon lari ayrılıb.  Məktəbdə hazırda 150 şagird təhsil alır.

 

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date