HHQ Rusiya təyyarələrinin iki aydır Ukrayna ərazilərinə uçmadığını bildirib

HHQ Rusiya təyyarələrinin iki aydır Ukrayna ərazilərinə uçmadığını bildirib
# 14 iyun 2022 21:30 (UTC +04:00)

Rusiya təyyarələri təxminən iki aydır Ukraynanın nəzarətində olan ərazilərə uçmur.

APA xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin mətbuiat katibi Yuri İqnat deyib.

“Artıq iki aya yaxındır ki, rus ordusu Ukrayna silahlı qüvvələrinin nəzarətində olan ərazilərə uçmur. Ruslar vertolyotlardan istifadə edir və ərazilərə aviazərbələr endirirlər”,- deyə Yuri İqnat bildirib.

Onun sözlərinə görə, Hərbi Hava Qüvvələri səkkiz il ərzində bütün mümkün ssenarilərə hazırlaşıb. Buna görə də, hücum olunan gün, bir neçə saat ərzində aviasiya, şəxsi heyət bütün gücünü göstərdi.

Bu, Hərbi Hava Qüvvələrinin əsas potensialını tam məhv olmaqdan qoruyub saxlamağa imkan verdi ki, bu da Rusiya tərəfindən Ukraynanın hava məkanında hökmranlığına gətirib çıxara bilərdi.

Hərbi Hava Qüvvələrinin rəsmisi onu da vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə bölmələri Rusiyaya məxsus 500-dən çox təyyarə, helikopter, raket və dronlar məhv edib.

Xatırladaq ki, aprelin əvvəlində Böyük Britaniyanın Müdafiə Nazirliyi Britaniya kəşfiyyatının məlumatlarına istinadən Ukrayna hava hücumundan müdafiə sisteminin Rusiya aviasiyasında ciddi problemlər yaratdığını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR