Hulusi Akar: Azərbaycanı dəstəkləməklə dünyada sülhə töhfə veririk

Hulisi Akar, Türkiyənin milli müdafiə naziri

© APA | Hulisi Akar, Türkiyənin milli müdafiə naziri

# 09 yanvar 2022 17:02 (UTC +04:00)

Dostlarımızı, qardaşlarımızı və müttəfiqlərimizi, xüsusilə Azərbaycan və Liviyanı dəstəkləyərkən dünyada sülhə töhfə veririk.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Sarıqamış əməliyyatının 107-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyə NATO, BMT, Aİ və ATƏT missiyaları və ikitərəfli əlaqələr çərçivəsində də Qətər, Somali, Bosniya və Herseqovina, Kosovo və bir çox başqa coğrafiyalarda regional və beynəlxalq sabitliyi dəstəkləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR