İspaniyada və Portuqaliyada meşə yanğını nəticəsində mindən çox insan həlak olub - FOTO

İspaniyada və Portuqaliyada meşə yanğını nəticəsində mindən çox insan həlak olub - FOTO
# 19 iyul 2022 04:55 (UTC +04:00)

İspaniyanın Əndəlüs bölgəsinin Mijas şəhəri yaxınlığında başlayan meşə yanğını ilə mübarizə davam edir.

APA xəbər verir ki, meşə yanğını nəticəsində İspaniya və Portuqaliyada ölənlərin sayının mini keçdiyi bildirilib.

İspaniyada yanğınsöndürmə briqadası ən azı 30 fərqli nöqtədə aktiv yanğınlarla mübarizəni davam etdirir.

Zamora əyalətində daha 2 nəfər ölüb.

Səlahiyyətlilər yanğında 59 yaşlı fermerin və 62 yaşlı yanğınsöndürənin öldüyünü açıqlayıb.

İndiyədək yanğın nəticəsində 2 min hektar ərazi külə dönüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR