İstanbulda terror aktının təşkilatçısı olan PKK terrorçusu öldürülüb

İstanbulda terror aktının təşkilatçısı olan PKK terrorçusu öldürülüb
# 30 iyul 2022 10:24 (UTC +04:00)

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada keçirdiyi əməliyyat nəticəsində PKK terrorçusu Nüsrət Tebişi zərərsizləşdirib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, həmin şəxs 2008-ci ildə İstanbulun Güngören rayonunda baş verən terror aktının təşkilatçılarından biri olub.

Qeyd edək ki, 2008-ci il iyulun 27-də İstanbulun Güngören rayonunda baş verən terror aktı nəticəsində 5-i uşaq olmaqla, 17 Türkiyə vətəndaşı həlak olub, 154 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR