"Biz icazə verə bilmərik ki, Rusiya qalib gəlsin, ona görə də Ukraynaya dəstəyimizi davam etdirməliyik".
APA xəbər verir ki, bunu İsveçin Baş naziri Maqdalena Andersson Ukrayna XİN başçısı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Biz ehtiyac olduğu müddətdə Ukraynanın yanında olacağıq, Ukraynaya hərbi, maliyyə və humanitar yardım göndəririk və göndərəcəyik. Ən azı mən Baş nazir olduğum müddətcə bu belə olacaq", Baş nazir vurğulayıb.
İsveç Baş naziri Ukraynaya yeni maliyyə və hərbi dəstək paketini də açıqlayıb. O bildirib ki, İsveç Ukraynaya təxminə 95 milyon dollar yardım paketi ayırıb. Bunun 46.75 milyon dolları hərbi dəstək üçün nəzərdə tutulub.
İsveçin Baş naziri hərbi paketin təfərrüatlarını açıqlamayıb, lakin bunun tank əleyhinə silahlar, fərdi qoruyucu vasitələr və minalardan təmizləmə avadanlığının daxil olduğu əvvəlki yardıma bənzəyəcəyini bildirib.
İsveç Baş naziri: "İcazə verə bilmərik ki, Rusiya müharibədə qalib gəlsin"
© APA | İsveç xarici işlər naziri Ann Linde, Ukrayna Baş naziri Dmitri Kuleba, İsveç Baş nazir Maqdalena Andersson
29 avqust 2022 13:50 (UTC +04:00)
Avropa
Araxamiya: “Ukrayna hakimiyyəti bir neçə min məhbusu orduya cəlb edə bilər”
21:12
8 may 2024
Siyarto: “Ukrayna NATO silahları ilə belə Rusiyaya qalib gəlməyəcək”
20:53
8 may 2024
Zelenski Orbanı Sülh Sammitinə dəvət edib
18:48
8 may 2024
Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirin Ukraynanın bərpası üçün istifadəsinə dair siyasi razılıq əldə olunub
18:24
8 may 2024