İsveç səfiri Türkiyə XİN-ə çağırılıb

İsveç səfiri Türkiyə XİN-ə çağırılıb
# 05 oktyabr 2022 18:14 (UTC +04:00)

İsveçin Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, səfir İsveç dövlət televiziyasında Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqiramiz məzmunlu proqramın nümayişinə görə XİN-ə çağırılıb.

Diplomata Türkiyə və onun dövlət başçısı əleyhinə yönəlmiş təhqiramiz ifadə və görüntülərin dövlət telekanalında yayınlanmasının qəbuledilməz olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR