İsveç Türkiyə ilə NATO-ya üzvlüklə bağlı məsləhətləşmələr aparıb

İsveç Türkiyə ilə NATO-ya üzvlüklə bağlı məsləhətləşmələr aparıb
# 30 may 2023 22:18 (UTC +04:00)

Stokholm Türkiyədə keçirilən prezident seçkilərindən sonra NATO-ya üzv olmaq məsələsində Ankara ilə əlaqə saxlayıb.

APA xəbər verir ki, bu barədə çərşənbə axşamı İsveçin baş naziri Ulf Kristersson Lulea şəhərində ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında bildirib.

"Bizim Türkiyəli tərəfdaşlarla bir sıra təmaslarımız olub, o cümlədən ötən bazar günü keçirilən prezident seçkilərindən sonra. Biz, əlbəttə ki, bu xüsusi məsələ ilə bağlı (İsveçin NATO-ya daxil olması) Türkiyə tərəfi ilə daimi təmasdayıq", - baş nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR