İtaliyada son sutkada koronavirusa yoluxma sayı maksimuma yüksəlib

İtaliyada son sutkada koronavirusa yoluxma sayı maksimuma yüksəlib
# 28 dekabr 2021 21:41 (UTC +04:00)

İtaliyada son 24 saat ərzində koronavirusa yoluxma hallarının sayı 78 313 nəfər olub ki, bu da ölkədə pandemiyanın başlanğıcından bəri ən yüksək göstəricidir.
APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində respublika üzrə 1 milyondan çox test aparılıb.

Son sutkada koronavirusdan 202 nəfər dünyasını dəyişib, ümumilikdə isə ölkədə 136 955 ölüm qeydə alınıb.

Mütəxəssislər yaxın günlərdə ölkədə sutkalıq yoluxma hallarının 100 minə yaxın ola biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, pandemiya başlayandan İtaliyada virusa yoluxanların ümumi sayı 5,7 milyondan çox olub, 5 milyondan çox insan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR