İsrailin Baş naziri Yair Lapidlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda görüşəcək.
APA-nın İstanbul müxbirinin İsrail KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
Qeyd olunub ki, görüş BMT Baş Assambleyasının iclası çərçivəsində baş tutacaq.