Serbiya və Kosovonun inzibati ərazilərini ayıran xətt yaxınlığındakı “Brnyak” nəzarət-buraxılış məntəqəsi yaxınlığında silah səsləri eşidilib.
APA-nın xəbərinə görə, bu barədə Pink TV məlumat yayıb. Avtomat silahdan açılan atəşin səsi yaxınlıqdakı kənddə eşidilib və bir neçə saat davam edib.