KİV: Ukraynanın Almaniyadakı səfiri XİN başçısının müavini olacaq

Andriy Melnik

© APA | Andriy Melnik

# 05 iyul 2022 12:51 (UTC +04:00)

Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik geri çağırılaraq Xarici İşlər Nazirliyində vəzifəyə təyin olunacaq.

APA xəbər verir ki, bu barədə Almaniya mediası yazıb.

“Bild” qəzeti Kiyevdəki bir neçə mənbəyə istinadən bildirib ki, XİN bununla bağlı Prezident Vladimir Zelenskiyə təklif göndərib və 46 yaşlı diplomat payızda dəyişə bilər.

Qəzet yazır ki, Melnik xarici işlər nazirinin müavini ola bilər.

“Süddeutsche Zeitung” qəzeti də Ukrayna Prezident Aparatındakı mənbələrə istinadən yazıb ki, Melnik Berlindəki vəzifəsini tərk edərək Kiyevdə Xarici İşlər Nazirliyinə keçəcək.

Xatırladaq ki, Andriy Melnik Almaniyada federal hökumətin Ukrayna siyasətini kəskin tənqid etməsi ilə tanınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR