Kuleba Bolqarıstan Prezidenti ilə görüşüb

Kuleba Bolqarıstan prezidenti ilə Qara dəniz regionunu müzakirə edib

© APA | Kuleba Bolqarıstan prezidenti ilə Qara dəniz regionunu müzakirə edib

# 20 aprel 2022 14:25 (UTC +04:00)

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Sofiyada Bolqarıstan prezidenti Roman Radevlə görüşüb.

APA xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı "Twitter"də bildirib.

Onun sözlərinə görə, görüşdə Qara dəniz regionunda sülhün və inkişafın bərpası yolları müzakirə olunub.

"Biz həmçinin qlobal ərzaq təhlükəsizliyinin dayanıqlılığı üçün kənd təsərrüfatı məhsullarının tədarük zəncirlərinin gücləndirilməsinin zəruriliyi barədə razılığa gəldik", -Dmitri Kuleba qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR