Kuleba: "Vaşinqton sözünü tutmalı və Ukraynanı MLRS-lə təmin etməlidir"

Ukrayna  xarici işlər naziri Dmitri Kuleba

© APA | Ukrayna xarici işlər naziri Dmitri Kuleba

# 25 may 2022 15:17 (UTC +04:00)

Vaşinqton sözünü tutmalı və qısa zamanda Ukraynanı MLRS-lə təmin etməlidir.

APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Davosda müzakirələr zamanı deyib.

O bildirib ki, ABŞ bu raket sistemlərini tez bir zamanda Ukraynaya çatdırmalıdır.

“Mən burada 10-dan çox ikitərəfli görüşlər keçirmişəm və görüşlərdə soruşuram ki, əgər sizin MLRS sisteminiz varsa, bizi bu silahla təmin edə bilərsinizmi? Onların ilk soruşduğu bu olur: "ABŞ sizə hələ MLRS göndərməyib?" Lider olmaq belədir, hər kəs sizi gözləyir. Əgər biz bu silahları almasaq, Donbasda vəziyyət indikindən daha da pis olacaq. İstəmirəm ki, hər kəsdə fikir yaransın ki, müharibə ilə bağlı vəziyyət yaxşıdır. Əksinə, Donbasda vəziyyət çox pisdir. Orada artıq bəzi kəndlər ümumiyyətlə mövcud deyil. Əgər MLRS ala bilməsək, biz Xersonu azad edə bilməyəcəyik. Biz icazə verə bilmərik ki, Xerson Rusiya işğalında qalsın. Əgər Xerson onların nəzarətində qalsa, onlar orada strateji mərkəz yaradacaq və beləliklə Ukraynanın mərkəzi və cənub-qərb torpaqları təhlükə altında olacaq”.

Ukraynanın XİN başçısı deyib ki, bu silahların göndərilməsi zaman alır: “Ancaq hər gün Vaşinqtonda, Berlində, Parisdə və ya başqa paytaxtda oturan rəsmilər Ukraynanı silahla təmin edib-etməmək barədə düşündüyü müddətdə bizim mülki vətəndaşlarımız və hərbçilərimiz həyatını itirir. Siyasətçilər bunu diqqətə almalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR