Kuleba: "Zaporojye AES-ə baş tutacaq səfər AEBA-nın tarixində ən çətin olanıdır"

Ukrayna  xarici işlər naziri Dmitri Kuleba

© APA | Ukrayna xarici işlər naziri Dmitri Kuleba

# 29 avqust 2022 13:30 (UTC +04:00)

"Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) missiyası tarixinə baxsaq, Zaporojye AES-ə baş tutacaq səfər Agentliyin tarixində ən çətin olanıdır, çünki bu ərazilərdə aktiv döyüşlər gedir".

APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Stokholmda İsveç Baş naziri və xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Biz missiyadan Nüvə Təhlükəsizliyi Protokolunun pozulmasına dair faktları əhatə edən hesabat gözləyirik. Rusiyanın hərəkətləri təkcə Ukraynanı deyil, bütün dünyanı təhdid edir.

Rusiya Zaporojye AES-də qüvvələrinin olmasını legitimləşdirməyə çalışır. Rusiya bu stansiyadan çıxmalıdır, məsələ bu qədər sadədir. Bu həm Ukraynanın, həm də dünyanın təhülkəsizliyi üçün vacibdir", Kuleba vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR