"Leopard" tanklarının Ukraynaya tədarükü üçün beynəlxalq koalisiya yaradılacaq

"Leopard" tanklarının Ukraynaya tədarükü üçün beynəlxalq koalisiya yaradılacaq
# 11 yanvar 2023 18:11 (UTC +04:00)

"Leopard" tanklarının Ukraynaya tədarükü üçün beynəlxalq koalisiya yaradılacaq.

APA xəbər verir ki, bu barədə Polşa Prezidentinin mətbuat katibi Yakub Kumoç bildirib.

"Prezidentlərin Lvovda görüşündə Polşa və Litvanın Ukraynaya dəstəyi ətraflı müzakirə olunub. Polşa öz növbəsində "Leopard" tanklarının tədarükü üçün beynəlxalq koalisiya yaradacaq və koalisiya çərçivəsində bu tipli ilk tankları Ukraynaya təklif edəcək", - o qeyd edib.

Xatırladaq ki, Litva və Polşa prezidentləri bu gün Ukraynanın Lvov şəhərinə səfər edib, Prezident Zelenski ilə görüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR