Litva DİN Belarusla əməkdaşlığa son qoyub

Aqne Bilotayte

© APA | Aqne Bilotayte

# 25 noyabr 2022 16:51 (UTC +04:00)

Litvanın Daxili İşlər Nazirliyi (DİN) Belarus DİN-lə bağlanmış qarşılıqlı əməkdaşlıq haqda müqaviləyə son qoyub.

APA xəbər verir ki, bu barədə Litva daxili işlər naziri Aqne Bilotayte rəsmi “Twitter” səhifəsində yazıb.

“Litva Kreml rejiminin tərəfdaşı ilə əməkdaşlığı davam etdirməyin imkansız olduğunu qərara alıb”, – deyə nazir bildirib.

Xatırladaq ki, daha öncə Litva Prezidenti Qinatas Nauseda, Ukraynadakı vəziyyətlə bağlı rəsmi Minskə qarşı sanksiyaları daha da artırmağa çağırış etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR