Liz Trass Britaniyanın yeni Baş naziri olub - VİDEO

Liz Trass

© APA | Liz Trass

# 05 sentyabr 2022 15:38 (UTC +04:00)

Böyük Britaniyanın yeni Baş naziri bəlli olub.

APA xəbər verir ki, Liz Trass 81 326 səslə Mühafizəkarlar Partiyasının lideri seçilib və nəticə etibarilə ölkənin Baş naziri olub.

O, bu postda Boris Consonu əvəz edəcək.

Qeyd edək ki, səsvermə fəallığı 82 faiz olub. Liz Trassın rəqibi Rişi Sunak 60 399 səs toplayıb.

Liz Trass Britaniya hökumətində xarici işlər naziri postunu tutub. O, ölkəsinin sayca üçüncü qadın Baş naziridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR