Londonda hərbi paradın məşqi zamanı tribuna uçub

Londonda hərbi paradın məşqi zamanı tribuna uçub
# 21 may 2022 23:44 (UTC +04:00)

Londonda Böyük Britaniya kraliçası II Elizabetanın hakimiyyətinin 70-ci ildönümünün qeyd edilməsi üçün keçirilən hərbi paradın məşqi zamanı tamaşaçı tribunası uçub.

APA TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Qeyd olunur ki, üç zərərçəkən xəstəxanaya yerləşdirilib.

Böyük Britaniyanın Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR