Londonda təcili yardım çağırışlarının əksəriyyəti rekord istilərlə bağlıdır

Londonda təcili yardım çağırışlarının əksəriyyəti rekord istilərlə bağlıdır
# 20 iyul 2022 16:08 (UTC +04:00)

“Dünən İkinci Dünya Müharibəsindən bəri London yanğınsöndürənləri üçün ən gərgin gün olub”.

APA-nın London bürosu xəbər verir ki, bu barədə, London mayoru Sadıq Xan bildirib. Onun sözlərinə görə, normalda London Yanğınsöndürmə Briqadasına gündə 350, ən çox 500-ə yaxın zəng gəlir:

“Dünən rekord istilərin müşahidə olunduğu gün London Yanğınsöndürmə Briqadasına 2600-dən çox təcili zəng gəlib”.

O, bildirib ki, yanğınlar nəticəsində 40-dan çox mülk məhv olub, 16 yanğınsöndürən yaralanıb.

Sadiq Xan Sky News-a açıqlamasında əhaliyə xəbərdarlıq edib:

"İqlim dəyişikliyinin və bu cür temperaturların nəticələrindən birinin gördüyümüz yanğınlar olduğunu başa düşmək bizim üçün həqiqətən vacibdir. Uzun müddətdir yağış yağmır, otlar inanılmaz dərəcədə qurudur və külək səbəbindən yanğınlar çox tez başlaya, daha da sürətlə yayıla bilər".

London Yanğınsöndürmə Briqadası komissarının köməkçisi Conatan Smit də təcili yardım çağırışlarının böyük əksəriyyətinin isti hava ilə əlaqədar olduğunu deyib.

Qeyd edək ki, dünən Britaniyada ilk dəfə olaraq 40°-dən yuxarı temperatur qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR