Luvr muzeyi fəaliyyətini dayandırıb

Luvr muzeyi fəaliyyətini dayandırıb
# 27 mart 2023 14:55 (UTC +04:00)

Luvr muzeyi bu gün səhərdən etibarən fəaliyyətini dayandırıb.

APA xəbər verir ki, bu barədə muzeyin rəsmi “Twitter” səhifəsində məlumat verilib.

Qeyd olunub ki, muzey əməkdaşları Fransa Prezidenti Emmanuel Makronun ölkədə pensiya islahatının həyata keçirilməsi haqda verdiyi qərarın ləğvi tələb ilə tətilə başlayıblar.

Xatırladaq ki, Fransa hökuməti ötən həftə, parlamentdə səsvermə keçirilmədən, ölkədə pensiya yaşını 62-dən 64-ə qaldırmaq barədə qanun layihəsini qəbul etmək üçün müraciət etdikdən sonra insanlar küçələrə axışıb. Ölkə paytaxtında və digər şəhərlərdə baş tutan etiraz aksiyalarını dağıdan zaman Fransa polisi yüzlərlə insanı saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR