Makron: "İzyumdakı zorakılığa görə məsuliyyət daşıyanlar əməllərinə görə cavab verməlidirlər"

Makron: "İzyumdakı zorakılığa görə məsuliyyət daşıyanlar əməllərinə görə cavab verməlidirlər"
# 17 sentyabr 2022 05:19 (UTC +04:00)

Fransa prezidenti Emmanuel Makron Ukraynanın Xarkov vilayətinin İzyum şəhərindəkı zorakılıq aktları törədənlərin məsuliyyətə cəlb edilməsini zəruri hesab edir.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“İzyumda törədilən zorakılığı qətiyyətlə pisləyirəm. Bunu edənlər əməllərinə görə cavab verməlidirlər. Ədalət olmadan sülh yoxdur”,- deyə Makron bildirib.

Qeyd edək ki, bundan öncə BMT-nin (BMT) insan haqları üzrə monitorinq missiyası Xarkov vilayətinin İzyum şəhərinə səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR