Mer: “Mariupolda 10 min insan xəstəliklərdən ölə bilər”

Mer: “Mariupolda 10 min insan xəstəliklərdən ölə bilər”
# 10 iyun 2022 17:10 (UTC +04:00)

Vəba, dizenteriya və s. xəstəliklərə görə, ilin sonuna qədər təxminən 10 min Mariupol sakini ölə bilər.

APA “Unian”a istinadən xəbər verir ki, bu barədə Mariupol meri Vadim Boyçenko bildirib.

Mer şəhərdə kütləvi məzarlıqların olması, yağıntılar və hazırda temperaturun qalxması fonunda epidemioloji vəziyyətin pisləşəcəyini əlavə edib.

Boyçenko BMT və Beynəlxalq Qızıı Xaç Komitəsinin bunun qarşısını almaq üçün səylərini birləşdirməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR