MN: Ukrayna ordusu Baxmut istiqamətində hücuma keçib

MN: Ukrayna ordusu Baxmut istiqamətində hücuma keçib
# 07 iyun 2023 14:16 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətindəki müdafiə mövqelərindən hücuma başlayıb.

APA xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Malyarın sözlərinə görə, son sutka ərzində Ukrayna ordusu Baxmut istiqamətində müxtəlif mövqelərdə 200 metrdən 1100 metrə qədər irəliləyib.

Rusiya ordusunun bölmələri bu istiqamətdə müdafiəyə keçib və öz mövqelərini qoruyub saxlamaq üçün qüvvələri cəmləşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR