Moldova ordusunun bütün poliqonlarında təlimlər keçiriləcək

Moldova ordusunun bütün poliqonlarında təlimlər keçiriləcək
# 23 yanvar 2023 23:14 (UTC +04:00)

Moldovada Milli Ordunun bütün poliqonlarında 400-dən çox əsgərin iştirakı ilə taktiki təlimlər keçiriləcək.

APA xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərin sabah başlayacağı və fevralın 4-dək davam edəcəyi bildirilib.

Ölkədəki hərbi qarnizonların bütün poliqonları təlimlər üçün istifadə olunur.

“Təlimlərin keçirilməsində məqsəd həm çağırışçı, həm də müqavilə əsasında xidmət göstərən bütün hərbi qulluqçuların imkanlarının və praktiki bacarıqlarının qiymətləndirilməsidir”, - deyə nazirlik qeyd edib.

Hərbçilər kimyəvi hücum şəraitində hərbi texnikadan istifadə, ilkin tibbi yardım və digər vərdişlərə yiyələnəcək.

Nazirlik təlimlərin Milli Ordunun 2023-cü il üçün hazırlıq planına uyğun olaraq keçirildiyini və bunun Ukraynadakı müharibə ilə bağlı olmadığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR