Monteneqroda prezident seçkilərinin ikinci turu keçiriləcək

Monteneqroda prezident seçkilərinin ikinci turu keçiriləcək
# 02 aprel 2023 04:20 (UTC +04:00)

Monteneqroda prezident seçkilərinin ikinci turu keçiriləcək.

APA xəbər verir ki, hazırkı dövlət başçısı Milo Cukanoviç və “Europe Now” hərəkatının nümayəndəsi, keçmiş iqtisadi inkişaf naziri Yakov Milatoviç prezidentlik uğrunda mübarizə aparacaqlar.

Dövlət Seçki Komissiyasının məlumatına görə, martın 19-da keçirilən birinci turun nəticələrinə görə, Cukanoviç 35,37 faiz, Milatoviç 28,92 faiz səs toplayıb.

İlk turda hazırkı prezidentdən geri qalmasına baxmayaraq, ikinci dövrənin favoriti məhz Milatoviç hesab olunur.

Seçki məntəqələri bütün ölkə üzrə saat 07:00-da (Bakı vaxtı ilə 09:00) açılacaq və 20:00-da (Bakı vaxtı ilə 22:00) bağlanacaq.
Səsvermə prosesini 1000-dən çox müşahidəçi izləyəcək.

Monteneqro prezidenti ümumxalq səsverməsi ardıcıl iki müddətdən çox olmamaq şərti ilə ilə beş illik seçilir.

Monteneqro parlamentli respublikadır və dövlət başçısı əsasən nümayəndəlik funksiyalarını yerinə yetirir.

Buna baxmayaraq, prezident fiquru Nazirlər Kabinetinin formalaşmasında və baş nazirin namizədliyinin irəli sürülməsində böyük əhəmiyyət kəsb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR