“Moskva” kreyserinin batmazdan az öncə çəkilmiş görüntüləri yayılıb - VİDEO

“Moskva” kreyserinin batmazdan az öncə çəkilmiş görüntüləri yayılıb - VİDEO
# 18 aprel 2022 12:46 (UTC +04:00)

Ukrayna mediası Rusiyanın “Moskva” kreyserinin Qara dənizdə batmazdan az öncə çəkilmiş fotolarını paylaşıb.

APA BBC-yə istinadən xəbər verir ki, fotolarda “Slava” sinfinə aid kreyserin ağır zədə aldığı və gəmidən qara tüstü qalxdığı görünür.

Fotolar ilk dəfə araşdırmaçı jurnalistika ilə məşğul olan OSINTtechnica səhifəsi tərəfindən “Twitter”də paylaşılıb.

Müəllif bildirib ki, fotoların Rusiyanın “Moskva” kreyserinə aid olduğu və batmazdan əvvəl çəkildiyi ehtimal edilir: “Mən bunun həqiqiliyini təsdiqləyə bilmirəm, lakin bu “Slava” sinfinə aid kreyserdir və düşünmürəm ki, onlardan hər hansı biri (daha əvvəl- red) bu şəkildə məhv edilib”.

Qeyd edək ki, Rusiya Qara Dəniz donanmasının flaqmanı olan “Moskva” aprelin 14-də Qara dənizdə batıb. Ukrayna kreyserin “Neptun” raketi ilə vurulduğunu bəyan edib. Rusiya Müdafiə Nazirliyi isə gəminin sursatların partlaması nəticəsində baş vermiş yanğın səbəbi ilə zədələndiyini və fırtınalı şəraitdə batdığını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR