NATO-ya üzvlük haqqında qanun layihəsi Finlandiya parlamentinə təqdim olunub

NATO-ya üzvlük haqqında qanun layihəsi Finlandiya parlamentinə təqdim olunub
# 05 dekabr 2022 13:43 (UTC +04:00)

Finlandiya hökuməti NATO-ya üzvlük haqqında qanun layihəsini parlamentə təqdim edib.

APA xəbər verir ki, bu barədə Finlandiyanın ətraf mühit naziri parlamentin üzvü Mariya Ohisalo "Twitter"də bildirib.

“Biz parlamentə Finlandiyanın NATO-ya üzvlüyü haqqında qanun layihəsini təqdim etdik. Bu fırtınalı vaxtlarda Finlandiya Qərbə mümkün qədər yaxınlaşmalıdır. NATO-ya üzvlük bizim son illərdə mövcud olan əməkdaşlığın təbii davamıdır. Hətta NATO-nun üzvü kimi Finlandiya beynəlxalq əməkdaşlığı təşviq etməli və sülh tərəfdarı olmalıdır. Bunların bir-birinə zidd olduğunu görmürəm”, - finlandiyalı nazir deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR